1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının birgə əməkdaşlığı ilə “Uşaqların nağıl dünyası” adlı əyləncəli-musiqili proqram təşkil olunub.

Tədbirdə interaktiv səhnələr, maraqlı oyunlar və sevilən nağıl qəhrəmanlarının iştirakı ilə teatr tamaşaları nümayiş etdirilib. Proqram çərçivəsində təqdim olunan “Tıq-tıq xanım” səhnəciyi həm əyləncəli, həm də maarifləndirici məzmun daşıyıb. Səhnəciyin gedişatında balaca dostlarımıza faydalı və öyrədici məlumatlar da çatdırılıb.
Tədbir çərçivəsində, həmçinin müxtəlif ölkə və beynəlxalq bəstəkarların əsərləri təqdim olunub. Əlavə olaraq balaca sənətçilər solo ifalar da təqdim ediblər. Uşaqların səhnədə nümayiş etdirdiyi müasir və milli rəqslər tədbirə xüsusi rəng qatıb.
Növ :
AMİM Uşaq muzeyiVaxt :
1 İyun 2025 - 1 İyun 2025event gallery