Mirzə Qədim İrəvani “Bülbül və qızılgül kolu”
Cümə Axşamı | 06 İyun, 2023
Azərbaycan Milli İncəsənət Muzeyi xüsusi proqramla balaca ziyarətçilərini sevindirir. Yalnız 28 may tarixində Mirzə Qədim İrəvani yaradıcılığı ilə tanış olacaq, müəllifin “Bülbül və qızılgül kolu” əsərini addımbaaddım yaradacaqlar. Həmçinin milli nağılımız əsasında hazırlanan “Tık-Tık xanım” kölgə tamaşasını izləmə fürsəti qazanacaqlar.
Proqrama, habelə milli sənət nümunələri ilə bərabər Qərb və Şərq incəsənətinin müxtəlif dövr, çeşid və üslublarını özündə ehtiva edən sənət əsərləri ilə tanışlıq da daxildir.
Qeydiyyatdan keçmək mütləqdir. Yerlər məhduddur.
Əlaqə telefonu: (+994 12) 492 07 07
Əlaqədə qalın
Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.