Hippopotamlar dünyaya səyahət və iqlim dəyişikliliyinə qarşı çağırış edir

Çərşənbə | 02 Noyabr, 2022

26 sentyabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyində iqlim fəaliyyətinə dair xüsusi hazırlanmış “Hippopotamlar dünyaya səyahət və iqlim dəyişikliliyinə qarşı çağırış edir” adlı sərgi baş tutub. Sərgi layihəsi yetişməkdə olan gənc nəsil üçün ətraf mühitin çirkləndirilməsi problemləri və bu yolda atılması zəruri olan addımlar haqqında maarifləndirici xarakteri daşıyırdı.

9-31 oktyabr tarxilərində keçirilən açıq qapı günlərində ziyarətçilər sözügedən sərgi ilə ödənişsiz tanış olmaq imkanı əldə ediblər. Maraqlı və unikal ekspozisiyası ilə seçilən sərgi  geniş auditoriyanın diqqətini cəlb edib.

Eyni zamanda  sərgi çərçivəsində “İqlim dəyişikliyinə qarşı mübarizədə yeniyetmələrin və gənclərin rolu” mövzusunda interaktiv sessiyalar  təşkil edilib, habelə “İqlim dəyişikliyi: uşaqların və gənclərin həyatına hansı imkanlar ve çağırışlar gətirir?” adlı panel müzakirəsi həyata keçirilib.

Tədbirlərdə UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens, Böyük Britaniyanın Səfiri Ferqus Auld və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqlim Dəyişmələri və Ozon Mərkəzinin baş mütəxəssisi Cəmilə  Məmmədova, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov, Xəzər Məşvərət Şurasının sədri Ümid Həsənli və Azərbaycan Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri  Könül Rəfiyeva ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı təqdimatlarla çıxış ediblər. Panel müzakirələri və interaktiv sessiyalar vaxtı uşaqlar və gənclər iqlim dəyişikliyinin onların həyatına necə təsir etməsinin təhlili haqqında ideyalar tapmaq şansı əldə edibər.

Əlaqədə qalın

Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.