Biz qayıtdıq!

Cümə Axşamı | 13 Iyul, 2021

Bakı sakinlərinin mədəni istirahətinin əvəzolunmaz ünvanı Azərbaycan Milli İncəsənət Muzeyi yenidən həftə sonları qapılarını sənətsevərlərin üzünə açır. Bazar ertəsi istisna olmaqla, həftənin hər günü Sizi muzey məkanında qarşılamaq üçün səbirsizlənirik.

Əziz valideynlər, Sizi də unutmadıq! Həftə sonları balaca ziyarətçilərimiz üçün ustad dərslərini bərpa etdik. “Bədii lövhələr” və “Milli motivlər” adlı iki fərqli proqramla qarşınızdayıq. İlk dəfə “Bədii lövhələr”adlı ustad dərsində kiçik qonaqlarımız Tahir Salahovun muzeyin fondunda saxlanılan “Çiçəklənən nar” tablosu ilə yaxından tanış olacaq və əsərin “step by step” imitasiyasını yaratmaq fürsəti qazanacaqlar. Habelə övladlarınız “Milli motivlər” adlanan ustad dərsimizdə iştirak edərək maddi mədəni irsimizə yaxından bələd olacaqlar.

Maarifləndirici və əyləncəli proqramlarımızda uşaqlarınızın dünyagörüşü, zövqü və sənət duyumu formalaşacaqdır. Hər birinizi muzeyimizə səyahət etməyə, sənətə qərq olmağa dəvət edirik!

 

Əlaqə telefonu: (+994 12) 492 07 07

Əlaqədə qalın

Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.