KamART İncəsənət Qalereyasının yubiley sərgisi...

01 İyun-04 İyun, 2023

Keçirilmiş

İyunun 1-də Azərbaycan Milli İncəsənət Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş KamART İncəsənət Qalereyasının “Qoy həmişə MƏN olum!” yubiley sərgisinin açılış mərasimi baş tutub. Sərgidə 6-18 yaş arası 50 gənc rəssamın natürmort, mənzərə, portret, marina, animalistika, məişət, tarixi, batal janrlarında və müxtəlif  məzmunlu 140 əsəri  təqdim olunur. Sərginin keçirilməsində məqsəd – ictimaiyyətin diqqətini uşaq və gənclərin təsviri sənətə olan marağının artırılmasına və inkişafına yönləndirilməsi, istedadlı gənc rəssamların üzə çıxarılması və onlara dəstək verilməsindən ibarətdir. İyunun 4-dək davam edəcək sərgiyə giriş sərbəstdir.

Son Sərgilər

Azərbaycan və Özbəkistanın İncəsənət muz...

Ətraflı...

Milli İncəsənət Muzeyinin direktoru Çing...

Ətraflı...

Azərbaycan Milli İncəsənət Muzeyi və Gür...

Ətraflı...

Fərhad Xəlilovun “Qələbənin baharı” mənz...

Ətraflı...