"Heydər Əliyev 100. Lider. Dövr. İncəsənət" adlı sərgisi...

16 May-16 İyun, 2023

Keçirilmiş

Mayın 16-da, Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) "Azərbaycan" pavilyonunda Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan "Heydər Əliyev 100. Lider. Dövr. İncəsənət" adlı sərgi keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı səfirliyinin birgə təşkil etdiyi sərginin ekpozisiyasında Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında qorunub saxlanılan dahi lider Heydər Əliyevin adı ilə bağlı olan Azərbaycanın görkəmli rəssamlarının əsərləri nümayiş olunur.

Sərginin rəsmi açılışını edən Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev "Heydər Əliyev 100. Lider. Dövr. İncəsənət." sərgisi eksponatlar vasitəsilə Vətəninin, ölkəsinin və xalqının taleyi çiynində olan, güclü siyasi iradə və sarsılmaz inamla artıq bu gün həqiqətə çevrilmiş və onun dühasının böyüklüyünü sübut edən gələcəyə aparan bir insanın dövrünə qərq olmağa imkan verdiyini deyib. Milli qürurumuzun mənbəyi, hələ sağlığında canlı əfsanəyə çevrilən Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davamlı tərəqqi yolu ilə inamla addımlayan müasir Azərbaycan Ulu Öndərin həyat kredosunun təntənəsi olduğunu vurğulayıb.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...