“İslam incəsənəti” Biennalesində Azərbaycan pavilyonu təqdim...

23 Yanvar-23 Aprel, 2023

Keçirilmiş

Yanvarın 23-də Səudiyyə Ərəbistanın Ciddə şəhərində ilk "İslam incəsənəti" Biennalesinin açılışı olub. İslam incəsənətinin dünəni, bu günü və gələcəyinin mənəvi, yaradıcı və estetik ifadəsinin araşdırılmasına həsr olunmuş tədbir Kral Əbdüləziz adına Beynəlxalq Hava Limanının “Həcc” terminalında keçirilir.

Biennalenin mövzusu “Birinci ev” (Əvvəl-beyt) idi. Bu termin Quranda İslamın Məkkədəki əsas ziyarətgahı olan Kəbə və onun dəqiq istiqaməti olan qibləyə, bütün dünya müsəlmanlarının namaz əsnasında üzlərini yönəltdikləri istiqamətə aid edilir.

Yohannesburqun Counterspace eksperimental dizayn firmasının memarı və həmtəsisçisi Sumaya Valli, Səudiyyə Ərəbistanının aparıcı alimi və arxeoloqu Saad Alraşed, Londonun Viktoriya və Albert Muzeyində Barakat Trust proqramı üzrə elmi işçi Abdel Barr və  Vaşinqtondakı Smithsonian İnstitutunun Milli Asiya İncəsənəti Muzeyinin fəxri direktoru Julian Rabynın iştirak etdiyi beynəlxalq kuratorlar komandası  Biennale çərçivəsində İslam incəsənətinin zənginliyini nümayiş etdirən dünya müsəlmanları arasında sıx əlaqəni, eləcə də mənəvi və bədii estetika arasındakı əlaqəni vurğulayan sərgi pavilyonlarını təqdim etdilər.

İlkin ideyaya əsasən, "İslam incəsənəti" Biennalesinin Ər-Riyad şəhərində keçirilməsi nəzərdə tutulmuşdur, lakin keçən il Diriyah Biennalı Fondunun (DBF) təşkilatçılığı ilə Əd Diriyah şəhərində uğurla keçirilən müasir incəsənətə həsr olunmuş biennalının təşkilatçıları müsəlmanların əsas ziyarətgahlara zəvvarlığının başladığı şəhərin əhəmiyyətini vurğulamaq məqsədilə 2021-ci ilin aprelində onun Ciddəyə köçürülməsinə qərar verdilər.

Biennalı üçün xüsusi olaraq  70.000 m² sahədə sərgi məkanı, teatr, emalatxanalar, məscid, pərakəndə mağazalar və restoranlar qurulmuşdur.

Biennal rezidentləri sırasında  Dar əl-Əttar əl-İslamiyyə (Küveyt), Qahirə İslam İncəsənəti Muzeyi (Misir), Benaki Muzeyi (Yunanıstan), Oman Sultanlığının Milli Muzeyi, Kral Əbdüləziz Mərkəzi Dünya Mədəniyyəti (Səudiyyə Ərəbistanı), Milli İrs İnstitutu (Tunis), Qətər Milli Kitabxanası, Əhməd Baba Ali Təhsil və İslam Araşdırmaları İnstitutu (Timbuktu), Əl-Harameyn Fondu (Məkkə) kimi qurumlar yer alır.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə "İslam incəsənəti" Biennalesində Azərbaycanın pavilyonu Azərbaycan Milli İncəsənət Muzeyinin İslam incəsənəti kolleksiyası ilə təqdim  olunur.  Muzeyin direktoru, professor Çingiz Fərzəliyev qeyd edib ki, pavilyonun ekspozisiyasında Azərbaycanının aparıcı muzeyin kolleksiyasına aid olan həqiqətən qiymətsiz eksponatlar - keramika qablar,  XVII-XVIII əsrlərə aid Təbriz məktəbinin nadir miniatürləri kolleksiyası, xalça sənəti nümunələri nümayiş olunur. Eləcə də pavilyonda XIII əsrin yeganə tam əlyazması olan Əyukinin "Vərqa və Gülşa" poeması və rəssam Əbdülmömin Məhəmməd əl-Xoyinin illüstrasiyalarından ilhamlanaraq yaradılan  "Vərqa və Gülşa: dönməz" multimedia instalyasiyası təqdim olunur.

2011-ci ildən dövlət sərəncamına əsasən “Milli” status verilən Azərbaycan Milli İncəsənət Muzeyi qədim dövrlərdən bugünümüzədək yaranmış milli və dünya mədəni irsini özündə ehtiva edən, bu zəngin xəzinəni qoruyub saxlayan və  təqdiqi edən respublikanın aparıcı muzeyidir.  Bu gün onun fondlarında beynəlxalq sərgilərə “dəvət alan”, həmçinin mütəxəssislərin, peşəkarların, alimlərin, tədqiqatçıların və sənət bilicilərinin həqiqi marağına səbəb olan 19 mindən artıq sənət əsəri qorunur.

Azərbaycan pavilyonunun kuratoru Könül Rəfiyevadır.

İslam incəsənəti Biennalesi cari ilin aprelin 23-dək davam edəcək.

 

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...