“Qan yaddaşımız” adlı tədbir...
19 Yanvar-19 Yanvar, 2023
Keçirilmiş
Yanvarın 19-da Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasında 20 Yanvar hadisəsinin 33-cü ildönümünə həsr olunan “Qan yaddaşımız” adlı tədbir həyata keçirilib.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə xalqımızın azadlığını uca tutaraq canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində Azərbaycan xalqına qarşı törədilmiş bəşəri cinayətdən bəhs edilib, 20 Yanvar tarixinin istiqlalın ilk zirvəsi, milli azadlıq hərəkatının oyanış günü, qəhrəmanlıq səhifəsi olduğu qeyd edilib.
Tədbir iştirakçılarına hadisəyə ilk olaraq 1990-ci ilin yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçrilən yığıncaqda kəskin münasibətini bildirən Ulu öndər Heydər Əliyevin çıxışı təqdim olunub.
Bundan başqa tədbirdə 20 Yanvar hadisəsinə ithaf olunan rəngkarlıq əsərlərindən, gecənin qurbanlarını və bu hadisələrdə müstəqillik uğrunda xalqın mübarizə əzmini əks etdirən fotoşəkillərdən ibarət səyyar sərgi nümayiş olunub.
Son Sərgilər
Azərbaycan və Özbəkistanın İncəsənət muz...
Ətraflı...Milli İncəsənət Muzeyinin direktoru Çing...
Ətraflı...Azərbaycan Milli İncəsənət Muzeyi və Gür...
Ətraflı...Fərhad Xəlilovun “Qələbənin baharı” mənz...
Ətraflı...