“Tək inci”. Natəvanın 190 illik yubiley sərgisi...

28 Dekabr-31 May, 2023

Hal hazırda keçirilir

Dekabrın 28-də Azərbaycan Milli İncəsənət Muzeyində Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş "Tək inci" adlı sərginin açılışı baş tutub.

Açılış mərasimində incəsənət və mədəniyyət xadimləri, eləcə də çoxsaylı sənətsevərlər iştirak ediblər.

Tədbir 3 saylı Musiqi Məktəbinin xor kollektivinin ifası ilə başlayıb. Sərgini giriş sözü ilə açan muzeyin direktoru Çingiz Fərzəliyev bütün qonaqları salamlayaraq, sərginin əhəmiyyətini vurğulayıb. Tədbirin rəsmi hissəsində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru Rafael Hüseynov çıxış edərək mədəni irsimizin rövnəqləşməsinə əvəzsiz töhfələr verən Xurşidbanu Natəvanın zəngin yaradıclığından və ömür yolundan bəhs edib. Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərən "Xan qızı"nın XIX əsr ictimai həyatında oynadığı önəmli rolunu vurğulayıb. Rafael Hüseynov çıxışında sərgini yüksək qiymətləndirərək, onun ilboyu Xurşidbanu Natəvana həsr olunmuş silsilə tədbirlərin yekunu və zirvəsi olduğunu qeyd edib.

200-dən artıq dəyərli sənət əsərinin təqdim olunduğu sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyası ilə yanaşı, Milli Azərbaycan Tarixi Muzeyi, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Səttar Bəhlulzadənin Ev-Muzeyi, Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Altay Hacıyevin şəxsi kolleksiyasında saxlanılan Xan qızına məxsus şəxsi əşyalar, "Gül dəftəri" albomuna daxil olan əlyazmalar, Ömər Eldarov, Oqtay Sadıqzadə, Altay Hacıyev, Maral Rəhmazdə, Nəcəfqulu İsmayılov kimi görkəmli heykəltəraş və rəssamlarımızın yüksək yaradıcılıq məhsulu kimi ərsəyə gələn Natəvan obrazları yer almaqdadır.

Son Sərgilər

“İslam incəsənəti” Biennalesində Azərbay...

Ətraflı...

"Xalqımızn qəhrəmanlıq salnaməsi" adlı t...

Ətraflı...

“Qan yaddaşımız” adlı tədbir...

Ətraflı...

“Tək inci”. Natəvanın 190 illik yubiley...

Ətraflı...