“Avrasiya mədəni irsi MDB muzeylərində” adlı konfrans...

29 Noyabr-03 Dekabr, 2022

Keçirilmiş

“Avrasiya mədəni irsi MDB muzeylərində” adlı beynəlxalq konfrans 29 noyabr - 3 dekabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində Teymurilər Tarixi Dövlət Muzeyində təşkil edilmişdir. Beynəlxalq konfransın təşkilatçısı Moskva şəhərində fəaliyyət göstərən  Ümumrusiya Dekorativ Sənət Muzeyi olmuşdur. Muzeyin hazırladığı “İrs.  Birlik. Gələcək üçün ənənələr” layihəsi 2014-cü ildən davam edir. Daşkənd konfransını bu layihənin final mərhələsi kimi qiymətləndirmək olar. Azərbaycan, Belorusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Rusiyanın ən aparıcı muzey və universitetlərinin muzey işi, bərpa sahəsində çalışan mütəxəssislərinin məruzələri müxtəlif profilli olsalar belə, onların hamısı mədəni irsin qorunmasına və təbliği üsullarına həsr edilmişdi. Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədovanın məruzəsi “Mədəni irs – keçmişdən gələcəyə” mövzusuna həsr edilmişdir. Mövzu muzeyin fəaliyyətində son illər əldə etdiyi nailiyyətlər, getdikcə daha genişlənən beynəlxalq əməkdaşlıq layihələri və eksponatların bərpa sahəsində həyata keçirdiyi iş təcrübəsi xüsusi təsvirlərlə işıqlandırılmışdır.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...