Yeni il şənliyi...

01 Dekabr-15 Yanvar, 2023

Keçirilmiş

Əziz balacalar!

Al- əlvan oyuncaqlar, şam ağacı, sehirli qar dənəcikləri, parlaq çılçıraqlar, çələnglər, dadlı şirniyyatlar, mandarinlər.... Bizi nağıllar aləminə sürükləyən yeni ilin başlamasına sayılı günlər qalıb. Bu bayramı unudulmaz bir xatirəyə çevirmək istəyirsinizsə, Azərbaycan Milli İncəsənət Muzeyinin dekabr ayı boyunca təqdim etdiyi “Yeni il şənliyi” proqrama qoşulmağa tələsin!

Kölgə ilə həyat tapan “Şelkunçik” (“Fındıqqıran”) nağılı, bir-birindən fərqli ustad dərsləri sizi gözləyir. Belə ki, ustad dərsi zamanı uşaqlar əlvan boyaların köməyi ilə sevimli qəhrəmanlarının obrazına çevriləcək, seçimdən asılı olaraq müxtəlif ustad dərslərində iştirak edərək öz “sehrli əllər”i ilə yeni il hədiyyəsi hazırlayacaqlar.

Proqramın sonunda kiçik qonaqlarımızı incəsənət aləminə səyahət gözləyir. Balacalar Azərbaycan Milli İncəsənət Muzeyinin "Azərbaycan incəsənəti minilliklər boyu" və “Mədəniyyətimizin incisi - Qarabağ” tematik sərgiləri ilə tanış olacaqlar.

Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

Əlaqə telefonu: (+994 12) 492 07 07

Son Sərgilər

“İslam incəsənəti” Biennalesində Azərbay...

Ətraflı...

"Xalqımızn qəhrəmanlıq salnaməsi" adlı t...

Ətraflı...

“Qan yaddaşımız” adlı tədbir...

Ətraflı...

“Tək inci”. Natəvanın 190 illik yubiley...

Ətraflı...