“AMİM-də şənbə” layihəsi ...

26 Noyabr-26 Noyabr, 2022

Keçirilmiş

Dünən-26 noyabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “AMİM-də şənbə” layihəsi çərçivəsində “Tolerantlıq ölkəsinə səyahət!” adlı tədbir proqramı baş tutdu.

Tolerantlıq mühiti yaratmaq, müxtəlif mədəniyyətlər arasında körpü rolunu oynamaq, fərqli mədəniyyətlərin incəsənətini təbliğ etmək məqsədi ilə təşkil edilən proqramda 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi bədii kollektivi müxtəlif ölkələrin rəqslərini nümayiş etdirdilər və qonaqlara unudulmaz anlar yaşatdılar. Habelə, qonaqlarımız muzeyin kolleksiyası ilə tanış olub, müxtəlif ustad dərslərində iştirak etdilər.

Tədbirdə xüsusi proqramla çıxış edən “3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” bədii kollektivinə dərin minnətdarlığımızı bildiririk.

Son Sərgilər

“İslam incəsənəti” Biennalesində Azərbay...

Ətraflı...

"Xalqımızn qəhrəmanlıq salnaməsi" adlı t...

Ətraflı...

“Qan yaddaşımız” adlı tədbir...

Ətraflı...

“Tək inci”. Natəvanın 190 illik yubiley...

Ətraflı...