“Zəfərin mübarəkdir, ey Vətən!”...

01 Noyabr-30 Noyabr, 2022

Keçirilmiş

Azərbaycan təqviminə qızıl hərflərlə yazılmış fəxarətli tarixlərdən biri də 8 Noyabr – Qələbə Günüdür. Vətən müharibəsində misilsiz qələbəmizin əbədiləşdirmək, balacalara "Vətən" və "vətənpərvərlik" kimi müqəddəs anlayışları aşılamaq, torpağa, el-obaya sevgi hissini ötürmək məqsədilə Azərbaycan Milli İncəsənət Muzeyi kiçik ziyarətçilərini “Zəfərin mübarəkdir, ey Vətən!” adlı tədbir proqramına dəvət edir.

Doğma vətənə məhəbbət nağıllarımızda, dastanlarımızda, atalar sözlərində, bayatılarda tərənnüm edildiyi kimi, bu məhəbbət muzeyimizdə həyat tapan milli irsimizin ən nadir incilərində də təcəssüm olunmaqdadır. Misilsiz irsimizi gələcək nəsillərə təqdim etmək məqsədilə həyata keçirdiyimiz tədbir proqramı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, şanlı zəfərimizə ithaf olunan “Qələbə Günü” adlı mühazirə ilə davam edəcəkdir.

Müxtəlif seçimləri özündə ehtiva edən ustad dərslərimizdə uşaqlar Azərbaycan Respublikasının siyasi-inzibati xəritəsini “Puzzle-panno” şəklində və yaxud quruda, suda və havada daim Vətənin keşiyində dayanan Azərbaycan Silahlı Qüvvələrinin simvollarından ibarət “Kompozisiya”nı quaş boyalarla rəngləyəcəklər. Eləcə də, Azərbaycan ordusunun zəfər simvolu kimi tanınan “Xarıbülbül” pannosunu, milli motivlərlə bəzədilmiş kompozisiyanı şüşə üzərində boyamaq fürsəti əldə edəcəklər.

Habelə, azyaşlı qonaqlarımız “Mədəniyyətimizin incisi- Qarabağ” adlı tematik sərgi ilə tanış olacaq, Qarabağın xalça və xalça məmulatları, bədii tikmələr, milli geyimlər, məişət əşyaları ilə tanış olacaq, dilbər guşəmizin füsunkar təbiətinin təcəssüm olunduğu mənzərələrə səyahət edəcəklər.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...