“Belçikaya komikslərlə səyahət” adlı sərgisi...

19 Oktyabr-14 Noyabr, 2022

Keçirilmiş

19 oktyabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin və Belçika Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Belçika Komiks Mərkəzinin tərəfdaşlığı ilə Belçika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin 30-cu ildönümünə həsr olunmuş “Belçikaya komikslərlə səyahət” adlı sərgi açıldı.

Sərginin keçirilməsində məqsəd Azərbaycan ictimaiyyətinə Belçikanı kəşf etmək imkanı yaratmaqdır. 32 paneldən ibarət olan “Belçikaya komikslərlə səyahət” sərgisi çərçivəsində təqdim olunan nümunələrin hər biri ölkənin irsinin bir hissəsini təbliğ edir. Hər bir panel ziyarətçiyə Belçikada bir şəhər və ya bölgəni kəşf etmək imkanı verir. Sərgidə klassik albomlardan müasir nəşrlərə kimi dövrlərin və janrların müxtəlifliyini, həmçinin, ölkənin hər üç bölgəsinin zənginliyini görmək mümkündür.

Sərgi 14 noyabr tarixinədək davam edəcəkdir.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...