İnteraktiv panel müzakirəsi...

14 Oktyabr-14 Oktyabr, 2022

Keçirilmiş

Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin və UNICEF Azərbaycanın birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə “Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün  dünya səyahəti”  adlı sərgi çərçivəsində “İqlim Dəyişikliyi: uşaqların və gənclərin həyatına hansı imkanlar ve çağırışlar gətirir?” adlı interaktiv panel müzakirəsi baş tutmuşdur.

Paneldə UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens, Böyük Britaniyanın Səfiri Ferqus Auld və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqlim Dəyişmələri və Ozon Mərkəzinin baş mütəxəssisi Cəmilə  Məmmədova , Azərbaycan Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri  Könül Rəfiyeva ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı təqdimatlarla çıxış etmişdirlər.

Panel müzakirələri və interaktiv sessiyalar vaxtı uşaqlar və gənclər İqlim dəyişikliyinin onların həyatına necə təsir etdiyini təhlil etmək gündəlik həyatlarında iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün mümkün tədbir haqqında ideyalar tapmaq şansı əldə etmişdilər.  Bundan əlavə layihə çərçivəsində iştirakçılar üçün qrup işləri təşkil olunmuşdur .

Oktayabrın 29-dək davam edecək sərgi ailəvi olaraq maraqlı vaxt keçirmək və maarflənmək üçün əla imkandır. Sərgiyə giriş sərbəstdir.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...