UNICEF təhsil proqramı...

09 Oktyabr-09 Oktyabr, 2022

Keçirilmiş

Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin  və UNICEF Azərbaycan-ın birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə “Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün  dünya səyahəti”  adlı sərgi çərçivəsində “İqlim dəyişikliyinə qarşı mübarizədə yeniyetmələrin və gənclərin rolu” mövzusunda interaktiv sessiyalar  təşkil edilmişdir.

Tədbirdə , ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov, Xəzər Məşvərət Şurasının sədri Ümid Həsənli, Azərbaycan Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri  Könül Rəfiyeva ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı təqdimatlarla çıxış etmişdirlər.

Bundan əlavə layihə çərçivəsində iştirakçılar üçün qrup işləri təşkil edilmişdir.

Təhsil proqramında məktəb şagirdləri, tələbələr, “Yaşıl şəbəkə” eko klub dərnəklərinin və “Məktəblərin ekoloji şurası” nın üzvləri, ASAN Könüllülər Təşkilatı tərəfindən cəlb edilən həssas qrupdan olan ailələrin  övladları iştirak etmişdirlər.

Son Sərgilər

“AMİM-də Şənbə” ...

Ətraflı...

“AMİM-də şənbə” layihəsi ...

Ətraflı...

“Zəfərin mübarəkdir, ey Vətən!”...

Ətraflı...

Hafiz Məmmədovun 100 illik yubiley sərgi...

Ətraflı...