AMİM “Açıq qapı” günləri elan edir...

09 Oktyabr-30 Oktyabr, 2022

Keçirilmiş

Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin və UNICEF Azərbaycanın birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə uşaqlar üçün iqlim fəaliyyətinə dair xüsusi hazırlanmış “Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti” sərgisi çərçivəsində 9 - 30 oktyabr 2022-ci il tarixlərində “Açıq qapı” günləri elan edilir.

Sərgi layihəsi gənc nəslə, uşaq və yeniyetmələrə faciəvi nəticələrdən xilas olmaq üçün iqlim dəyişiklikləri, ətraf mühitin çirkləndirilməsi problemləri və bu yolda atılması zəruri olan addımlar haqqında maarifləndirici xarakter daşıyır. Sərgidə Layen Haykensin şəxsi kolleksiyasından hazırki iqlim dəyişikliyinin faciəvi nəticələrinin simvollarından birinə çevrilən canlılar, hippopotamları əks etdirən eksponatlar nümayiş etdirilir.

Sərgi həmçinin bu ilin iyun ayında başlayan və 2030-cu ilə qədər davam edəcək, ekosistemlər dünyasının deqradasiyasının qarşısını almaq, dayandırmaq və geri qaytarmaq üçün fəaliyyətə səsləyən BMT-nin Ekosistemin Bərpası üzrə Onillik proqramının bir hissəsidir.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...