Best of years...
01 Avqust-30 Avqust, 2022
Keçirilmiş
Muzey ilham, yaradıcılıq, düşüncə, yeni biliklər və yeni oyun təcrübələri əldə etmək üçün unikal məkandır. Əgər siz də yay tətilini şəhərdə keçirib, övladınızla hara gedəcəyinizi bilmirsinizsə muzeyimiz “İllərin ən yaxşıları” adlı ustad dərsləri ilə qarşınızdadır. Son illərin ən yaxşı ustad dərslərini bir araya topladığımız bu proqramda balacalar effektiv öyrənmə üsulu ilə əylənərək maarifləndirici bilgilər əldə edəcək, yeni ilham qaynaqları kəşf edəcək, muzeyimizin sehirli aləminə qərq olaraq bu səfərinizdən maksimum yararlanacaqdırlar. Çoxsaylı proqramlarımız arasında “Bədii lövhələr”, “Sehirli naxışlar”, “Öz tablonu yarat”, “Fransız tətilləri”, “Yaponiya incəsənəti” və daha çoxu daxildir.
Görkəmli rəssamların yaradıcılığını yaşatmaq və mədəni irsimizi yeni nəslə tanıtmaq məqsədilə ilə təqdim etdiyimiz “Bədii lövhələr” adlı layihəmizdə korifey rəssamlarımızın irsini öyrənəcək və “step by step” tablo yaradacaqlar.
Muzeydə fransız incəsənətinin ən gözəl nümunələri, kral ailələrinə məxsus məişət əşyaları, əsərləri dünya muzeylərini bəzəyən sənətkarların yaradıcılığı ilə tanış olacaqlar. Onlar yelpiyin məşhur dilini öyrənəcək, hətta bir-biri ilə bu dildə ünsiyyət quracaqlar.
Uşaqlar panno üzərində quaş boyalarla Yaponiyada gözəlliyin və incəsənətin simvolu olan sakura ağacını rəngləyəcək, ənənəvi yapon gəlinciyini hazırlayacaq, oriqami sənəti ilə yapon qılıncı - katana və yapon çətiri - vaqasa düzəldəcək, kalliqrafiya sənətinin sirlərini öyrənəcəklər.
Bir-birindən fərqli ustad dərsləri ilə yanaşı interaktiv ekskursiya və praktiki oyunlar vasitəsilə uşaqlarınızın təxəyyülü zənginləşəcək, yaradıcı düşünmə bacarığı ilə dünyaya fərqli baxış qazanacaqlar.
Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçmək lazımdır. Planlarınız nə olursa olsun bu yay muzeymizi ziyarət etməyi unutmayın.
Sizi salamlamağı səbirsizliklə gözləyirik!
Son Sərgilər
“İslam incəsənəti” Biennalesində Azərbay...
Ətraflı..."Xalqımızn qəhrəmanlıq salnaməsi" adlı t...
Ətraflı...“Qan yaddaşımız” adlı tədbir...
Ətraflı...“Tək inci”. Natəvanın 190 illik yubiley...
Ətraflı...