Muzeyində uşaqlar üçün sərgi keçirilir...

26 Sentyabr-24 Fevral, 2023

Keçirilmiş

Sentyabrın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin  və UNICEF Azərbaycan-ın birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə uşaqlar üçün iqlim fəaliyyətinə dair xüsusi hazırlanmış sərgi açıldı.

Sərgi layihəsi gənc nəslə, uşaq və yeniyetmələrə  faciəvi nəticələrdən xilas olmaq üçün iqlim dəyişiklikləri, ətraf mühitin çirkləndirilməsi problemləri və bu yolda atılması zəruri olan addımlar haqqında maarifləndirici xarakteri daşıyır. Bu gün dünyada uşaqların üzləşdiyi bütün problemlərdən heç biri iqlim dəyişikliyinin güclənən təsirindən daha genişmiqyaslı deyil (UNICEF-in icraçı direktoru Ketrin Rassel).

Sərgidə Layen Haykensin şəxsi kolleksiyasından hazırkı iqlim dəyişikliyinin faciəvi nəticələrinin simvollarından birinə çevrilən canlılar,  hippopotamları əks etdirən  eksponatlar  nümayiş etdiriləcəkdir. Sərgi uşaqların və gələcək nəsillərin həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edən, geri dönməz dəyişikliklərə səbəb ola biləcək bəşər sivilizasiyasının buraxdığı karbon emissiyalarının artması və ətraf mühitin deqradasiyası məsələlərinə toxunur.

Sərgi zamanı dünyaca məşhur müəllif Denis Tomopulos tərəfindən yaradılmış, uşaqlara ətraf mühitin çirklənməsi problemlərini və planetdə iqlim dəyişikliyi ilə mübarizə yollarını izah edən “Yer kürəsi deyir” cizgi filmi nümayiş etdiriləcək. Bundan əlavə layihə çərçivəsində gənc nəslin təhsil proqramları vasitəsilə iqlim dəyişikliyi problemləri haqqında maarifləndirilməsinə yönəlmiş “Comics Uniting Nations” toplusundan olan komikslər silsiləsi ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə edilərək ictimaiyyətə təqdim olunacaqdır. Sərgidə həmçinin uşaqlar və gənclər üçün xüsusi olaraq ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı məlumat turları, təqdimatlar və panel müzakirələri təşkil olunacaq.

Sərgi həmçinin bu ilin iyun ayında başlayan və 2030-cu ilə qədər davam edəcək, ekosistemlər dünyasının deqradasiyasının qarşısını almaq, dayandırmaq və geri qaytarmaq üçün fəaliyyətə səsləyən BMT-nin Ekosistemin Bərpası üzrə Onillik proqramının bir hissəsidir.

 

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...