Milli Qurama Festivalı...
21 Iyul-21 Iyul, 2022
Keçirilmiş
Azərbaycanda ilk dəfə təşkil olunan Milli Qurama Festivalı davam edir!
Milli Qurama Festivalı çərçivəsində keçirilən tədbirlərdən biri də 21 iyul 2022-ci il tarixində Azərbaycan Milli İncəsnət Muzeyində təşkil olunan ustad dərsi olmuşdur. Autizm sindromlu uşaqlar üçün nəzərdə tutulan ustad dərsi zamanı balaca sənətkarlar tərəfindən bir-birindən maraqlı qurama nümunələri ərsəyə gətirilmişdir. Uşaqların böyük marağına və sevincinə səbəb olan ustad dərsi boyunca qədim el sənətinin yaranma prossesi addım-addım izah olunmuşdur. Ustad dərsindən sonra qonaqlar muzeyin Azərbaycan incəsənətinə həsr olunmuş zəngin ekspozisiyası ilə tanış oldular.
Qeyd edək ki, Milli Qurama Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 7 iyul - 7 avqust 2022-ci il tarixlərində Bakının bir neçə məkanında baş tutacaqdır.
Son Sərgilər
"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...
Ətraflı...“Zamanla dialoq” adlı sərgisi ...
Ətraflı..."Miniatürsayağı" adlı fərdi sərgisi...
Ətraflı..."Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...
Ətraflı...