Milli Qurama Festivalı...

21 Iyul-21 Iyul, 2022

Keçirilmiş

Azərbaycanda ilk dəfə təşkil olunan Milli Qurama Festivalı davam edir!

Milli Qurama Festivalı çərçivəsində keçirilən tədbirlərdən biri də 21 iyul 2022-ci il tarixində Azərbaycan Milli İncəsnət Muzeyində təşkil olunan ustad dərsi olmuşdur. Autizm sindromlu uşaqlar üçün nəzərdə tutulan ustad  dərsi zamanı balaca sənətkarlar tərəfindən bir-birindən maraqlı qurama nümunələri ərsəyə gətirilmişdir. Uşaqların böyük marağına və sevincinə səbəb olan ustad dərsi boyunca qədim el sənətinin yaranma prossesi addım-addım izah olunmuşdur. Ustad dərsindən sonra qonaqlar muzeyin Azərbaycan incəsənətinə həsr olunmuş zəngin ekspozisiyası ilə tanış oldular. 

Qeyd edək ki, Milli Qurama Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 7 iyul - 7 avqust  2022-ci il tarixlərində Bakının bir neçə məkanında baş tutacaqdır.  

Son Sərgilər

Azərbaycan və Özbəkistanın İncəsənət muz...

Ətraflı...

Milli İncəsənət Muzeyinin direktoru Çing...

Ətraflı...

Azərbaycan Milli İncəsənət Muzeyi və Gür...

Ətraflı...

Fərhad Xəlilovun “Qələbənin baharı” mənz...

Ətraflı...