Çingiz Fərzəliyev fəxri üzvü seçilib...

14 Iyul-14 Iyul, 2022

Keçirilmiş

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev Özbəkistan Rəssamlıq Akademiyasının fəxri akademiki adına layiq görülüb.

Qeyd etmək lazımdır ki, Özbəkistanın ən aparıcı təsviri incəsənət mərkəzi ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Çingiz Fərzəliyev arasında uzun illər davam edən dostluq münasibəti mövcuddur. Bu aspektdə Çingiz Fərzəliyev şəxsi mədəni əlaqələrin əhəmiyyətini təcəssüm etdirir. 2012-ci ildə o, Özbəkistan Rəssamlıq Akademiyasının fəxri professoru adına layiq görülüb. 2021-ci ildə isə akademiyanın divarları arasında Çingiz Fərzəliyevlə yaradıcılıq görüşü keçirilib və o, Akmal Nura Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının fəxri professoru diplomunu təqdim edib. Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti öz növbəsində fəxri qonağa Özbəkistan Rəssamlıq Akademiyasının gümüş medalını təqdim edib.

Mədəni əlaqələr xalqlar arasında mehriban qonşuluq münasibətlərinin qurulmasında əsas rollardan birini oynayır və bu hadisə incəsənət adamlarının Azərbaycan və Özbəkistan arasında dialoqun qurulmasında birbaşa töhfə verirdiyini bir daha təsdiq etdi.

Akademik mantiyanın təqdimat mərasimi Daşkənddə, Özbəkistan Rəssamlıq Akademiyasında baş tutub. Tədbirin təntənəli açılış mərasimini  giriş sözü ilə açan Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti Akmal Nur qeyd edib ki, gənc nəsillərlə iş sahəsində əldə olunan razılaşmalar çərçivəsində həll edilməli olan bir çox məsələlərə baxmayaraq bu, iki ölkə arasında mədəni əlaqələrin inkişafında daha da geniş qarşılıqlı əlaqləyə doğru atılan ilk addımlardan biri olacaq.

- Mənim üçün Özbəkistan Rəssamlıq Akademiyasının fəxri akademiki ali adını qəbul etmək böyük şərəfdir, - deyə Çingiz Fərzəliyev bildirib. – Bu, dünya səviyyəsində aparıcı mədəniyyət mərkəzlərindən biridir. Bu fəxri ada layiq görüldüyümə şadam və bu adla qürur duyuram. Şübhəsiz ki, müzakirə olunacaq çox sayda planlarımız var. O cümlədən, bura Özbəkistan və Azərbaycanın yaradıcı gəncləri ilə qarşılıqlı əlaqə məsələləri də daxildir.

Təntənəli mərasimdə çıxış edən sənətşünaslıq doktoru Kamola Akimova vurğuladı ki, iki xalq arasında qarşılıqlı münasibətlərin, o cümlədən mədəniyyət sahəsində əlaqələrin zəngin tarixi çoxşaxəli əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradıb.

- İki ölkə prezidentinin müəyyən etdiyi siyasi fon mədəni əlaqələrin inkişafı üçün müstəsna əlverişli şərait yaradır. Şübhəsiz ki, onlar sərgilər, konfranslar, bienaledə və digər tədbirlər şəklində də davam edəcəklər.

Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti, tanınmış rəssam, Özbəkistanın Xalq rəssamı Akmal Nur fəxri akademik Çingiz Fərzəliyevə müraciət edərək hər iki tərəfin mümkün töhfələri sayəsində mədəniyyət müstəvisində əlamətdar layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

- Biz Azərbaycanın təsviri sənətini dərindən bilir, onun bütün nümayəndələrinin yaradıcılığını mükəmməl tanıyır və təbii ki, Azərbaycan tərəfi də Özbəkistan incəsənətini eyni ilə dərindən mənimsəmişdir. Ona görə də istəyirəm ki, yetişən gənc nəsil daha çox məlumat sahibi olsun. Gənclər birgə layihələrini həyata keçirmək üçün daha çox imkana sahib olsunlar. 

Bu baxımdan Azərbaycanın Əməkdar incəsənət xadimi, professor, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevə Özbəkistan Rəssamlıq Akademiyasının fəxri akademiki adının verilməsi iki qohum xalq arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində növbəti addım oldu. Bu təltifedilmə bir daha vurğuladı ki, incəsənət sərhəd tanımır və onun dili universaldır. Çingiz Fərzəliyevin də vurğuladığı kimi, hər iki xalqı incə fərqliliyə baxmayaraq türk dili birləşdirir və biz bir-birimizi mükəmməl şəkildə başa düşürük. Xüsusilə söhbətin mövzusu incəsənətdirsə, sözün həqiqi mənasında bunlar sanki bizim mədəni DNT kodlarımıza daha öncədən aşılanmışdır.

- Mənə özbək xalqını dərindən tanımaq müyəssər oldu, - Çingiz Fərzəliyev etiraf etdi. - Gözəl, saf və dürüst. Bunu bütün qəlbimlə və böyük sevgi ilə deyirəm. Mən Daşkəndə dəfələrlə gəlmişəm və hər bir səfərimi məmnuniyyət və sevinc hiss ilə edirəm. Daşkənd deyə bilərik ki, dünyanın ən isti şəhərlərindən biridir. Lakin heç bir temperatur şəraiti həyatımdakı belə mühüm hadisəyə öz hörmətimi ifadə etməyə  maneə deyil. Gördüyünüz kimi, bu təntənəyə dərin hörmətim, diplomatların da dediyi kimi, protokola uyğun olaraq qəbul edilən müvafiq görkəmdə öz əksini tapıb. Bir daha qeyd edirəm ki, buradakı ab-hava mənə doğmadır. Axı məni sizin ruhunuzun saflığı, insanlara sevginiz, sözün həqiqi mənasında insanlığınız əhatə edir. Xalqlarımızın şərəf kodeksi vahiddir. Burada özümü evimdəki kimi hiss edirəm. Əminəm ki, əməkdaşlığımız bundan sonra da qarşılıqlı dərin hörmətə əsaslanacaqdır.

Tədbirdə çıxş edənlərdən biri də Çingiz Fərzəliyevlə uzun illər dostluq münasibəti olan Özbəkistanın Xalq rəssamı, professor Cavlon Umarbekov oldu. O, Özbəkistanın aparıcı mədəniyyət mərkəzinin akademik mantiyası ilə dostu və həmkarının təltifedilməsi məqamını gözlədiyini etiraf etdi.

- Mən bu gün bu tədbrinin baş tutduğuna görə sonsuz şadam. Çünki mən hesab edirəm ki, Çingiz layiqli insan, layiqli sənətkardır. O, Azərbaycan və Özbəkistan rəssamlarının yaradıcılıq dialoqunun qurulmasında xeyli sayda işlər görüb. Azərbaycan Prezidenti İlham Əliyevin səfəri fonunda inanıram ki, bu, gələcəkdə, hətta mütəmadi olaraq qonaq səfərlərinin həyata keçirildiyi sovet dönəmindən də daha intensiv xarakter alacaq. Bu gün Azərbaycanın paytaxtı - şərq gözəlidir.

Qonaqlar Azərbaycan Respublikasının rəhbərinin Özbəkistana son səfərindən xüsusi səmimiyyətlə bəhs etdilər. Bəziləri təəssüflə etiraf edirdilər ki, onlar heç vaxt Zaqafqaziya respublikasında olmamışlar, lakin müasir Azərbaycan siyasətinin nə dərəcədə müdrik və uzaqgörən qurulduğunu və bunun da öz növbəsində əsl hörmətə səbəb olduğunu vurğuladılar. Axı, harmoniyanı təcəssüm etdirən incəsənət vasitəsilə çox şeyə nail olunmuşdur, onsuz dünyanın inkişafını təsəvvür etmək mümkün deyil.

 

 

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...