David Lordkipanidzenin mühazirəsi...

29 İyun-29 İyun, 2022

Keçirilmiş

Azərbaycan-Gürcüstan əlaqələri çox qədim tarixi köklərə malikdir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Möhkəm tarixi zəmin üzərində qurulmuş Azərbaycan-Gürcüstan münasibətləri bu gün hər iki ölkə rəhbərliyinin diqqəti və himayəsi sayəsində uğurla inkişaf edir.

Azərbaycan və Gürcüstan muzeyləri arasında təcrübə mübadiləsinin aparılması məqsədilə Gürcüstan Milli Muzeyinin baş direktoru, Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Fəxri doktoru, tanınmış antropoloq və arxeoloq, Azərbaycan mədəniyyətinə böyük töhfə vermiş David Lordkipanidzenin 27-30 iyun 2022-ci il tarixlərində Azərbaycana səfəri baş tutmuşdur.

29 iyun tarixində David Lordkipanidzenin Azərbaycan Milli İncəsənət Muzeyində "Afrikadan ilk insanlar, Qafqazdan baxış" adlı mühazirəsi baş tutmuşdur. Mühazirədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı, həmçinin arxeoloqlar, tarixçilər və sahə üzrə mütəxəssislər iştirak etmişdir. Mövzü barədə geniş təqdimatla çıxış edən D. Lordkipanidze antropologiya və arxeoloqiya sahəsində aparılan tədqiqatlar və yeniliklər barədə bir sıra məqamlara toxunmuş və yeni açılan Bolnisi Muzeyi haqqında ətraflı məlumat vermişdir. Mühazirə iştirakçıların suallarının cavablandırılması və bir sıra məsələlərin müzakirələri ilə davam edib.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...