“Portret janrı AMİM-in kolleksiyasında”...

25 May-25 May, 2022

Keçirilmiş

24.05.2022-ci il tarixində  Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə Qərb məktəbində “Portret janrı AMİM-in kolleksiyasında” adlı mühazirə oxundu.

Sənəti sevdirmək və maarifləndirmək məqsədilə hazırlanan mühazirə zamanı muzeyin Elmi kütləvi-işlər şöbəsi, Məktəb bölməsi müdiri Mənsurə Məmmədəliyeva portret janırının yaranması və inkişafı, eləcə də müxtəlif dövrlərdə yaradılan portretlərin xarakterik xüsusiyyətləri haqqında ətraflı məlumat verdi. Mühazirəçi çıxışında yerli və xarici rəssamların yaradıcılığında yer alan tabloları təhlil etdi. İnteraktiv şəkildə davam edən mühazirənin sonunda şagirdlər öz təəssüratlarını da bölüşdülər.

Son Sərgilər

Milli Qurama Festivalı...

Ətraflı...

Çingiz Fərzəliyev fəxri üzvü seçilib...

Ətraflı...

Bədii lövhələr və Gil yapmalar ustad dər...

Ətraflı...

David Lordkipanidzenin mühazirəsi...

Ətraflı...