Bədii lövhələr: Səttar Bəhlulzadə...

02 İyun-30 İyun, 2022

Keçirilmiş

Milli İncəsənət Muzeyi təsviri sənətimizin ölməz korifeylərinin yaradıcılığını yenidən yaşatmaq və yeni nəslə tanıtmaq məqsədi ilə gerçəkləşdirdiyi “Bədii lövhələr” layihəsinin növbəti qəhrəmanı Azərbaycan rəssamlıq məktəbinin önəmli sütunlarından biri, mücərrəd kompozisiyalı təbiət məznərələri ilə tanınan Səttar Bəhlulzadədir.

İyun ayına həsr etdiyimiz ustad dərsi proqramında balacaları ana təbiətimizin mahir sənətkarı Səttar Bəhlulzadənin “Naxçıvan dağları” tablosu ilə yaxından tanış olmağa və əsərin “step by step” imitasiyasını yaratmağa dəvət edirik.

Ustad dərsində balaca ziyarətçilərimiz fərdi üslubu və orijinal dəsti-xətti ilə seçilən sənətkarın yaradıcılığını tədqiq edəcək və rəssamın bənzərsiz təbiət lövhələri ilə tanış olacaqlar.

İsti-soyuq rəngləri tanıyacaq, yeni rənglər əldə etməyi öyrənəcək, eləcə də təsviri sənətin müxtəlif janrlarını kəşf edərək, muzeyin ekspozisiyasında sərgilənən mədəniyyətimizin milli-mədəni sərvətlərini görmək fürsəti əldə edəcəklər.

Bütün azyaşlı sənətsevərləri “Bədii lövhələr” adlı layihədə iştirak etməyə dəvət edir, təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

Əlaqə telefonu: (+994 12) 492 07 07

Son Sərgilər

Milli Qurama Festivalı...

Ətraflı...

Çingiz Fərzəliyev fəxri üzvü seçilib...

Ətraflı...

Bədii lövhələr və Gil yapmalar ustad dər...

Ətraflı...

David Lordkipanidzenin mühazirəsi...

Ətraflı...