Bədii lövhələr: Xalidə Səfərova..Vinsent van Qoq..Pol Sezan...

04 May-31 May, 2022

Keçirilmiş

AMIM görkəmli rəssamların yaradıcılığını yaşatmaq və mədəni irsimizi yeni nəsilə tanıtmaq məqsədilə “Bədii lövhələr” adlı layihəsinin may buraxılışı ilə qarşınızdadır. Layihəmizin növbəti qəhrəmanı Azərbaycan təsviri sənətində incə duyumu ilə iz qoyan dahi rəssamlarımızdan biri Xalidə Səfərovadır.

Xalidə Səfərova təbiətin, dünyanın gözəlliyinin incə duyumu ilə yanaşı müasir dövrün döyünən ritmini ötürməyi bacaran nadir rəssamlardan biridir. Rəssam yaradıcılığında əsasən peyzaj, natürmort, portret janrlarına üstünlük verib.

Balacalar sənətkarın yaradıcılığına həsr olunmuş mühazirəni dinləyəcək, eləcə də təsviri sənətin müxtəlif növ və janrlarını kəşf edərək sənət əsərləri ilə söhbətə qərq olacaqlar. Habelə, onlar “Öz tablonu yarat” adlı ustad dərsində rəssamın “Lalələr” adlı bədii lövhəsinin “step by step” imitasiyasını yaradacaqlar.

Həmçinin, kiçik ziyarətçilərimiz may ayı boyunca “Öz tablonu yarat” adlı ustad dərsinə də qoşula biləcəklər. Ustad dərsimizdə uşaqlar holland rəssamı Vinsent van Qoqun yaradıcılıq taleyindən bəhs edən mühazirəni dinləyəcək, postimpressionizm cərəyanı, impasto texnikası haqqında məlumat əldə edəcək, rəssamın tanınmış tablolarından biri olan “Ulduzlu gecə” tablosunun  “step by step” panno üzərində imitasiyasını yaradacaqlar.

Bundan başqa balacalar “Öz tablonu yarat” adlı ustad dərsinin növbəti qəhrəmanı impressionizmlə kubizm arasında körpü yaradan, özünəməxsus ifadə həlli ilə seçilən Pol Sezan yaradıcılığı ilə tanış olma fürsəti də edəcəklər. Uşaqlar çoxsaylı natürmortları ilə məşhur olan rəssamın “Almalarla natürmort” tablosunun “step by step” panno üzərində imitasiyasını yaradacaqlar.

Bütün azyaşlı sənətsevərlər “Bədii lövhələr” layihəsində iştirak etməyə dəvətlidir. Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçmək lazımdır.

Son Sərgilər

“İslam incəsənəti” Biennalesində Azərbay...

Ətraflı...

"Xalqımızn qəhrəmanlıq salnaməsi" adlı t...

Ətraflı...

“Qan yaddaşımız” adlı tədbir...

Ətraflı...

“Tək inci”. Natəvanın 190 illik yubiley...

Ətraflı...