Vinsent van Qoq və Səttar Bəhlulzadə...
03 Fevral-28 Fevral, 2022
Keçirilmiş
AMİM-in fevral təqvimi
AMİM dünyaca tanınmış rəssamların yaradıcılığını işıqlandırmaq və dünya muzeylərinin şah əsərlərini yeni nəsilə tanıtmaq və daha əl çatan etmək məqsədi ilə “Öz tablonu yarat” adlı yeni layihəsinə start verir. Layihəmizin ilk qəhrəmanı bir çoxlarımızın yaxşı tanıdığı “sarısız və narıncısız mavi yoxdur” deyən hollandiyalı rəssam Vinsent van Qoqdur.
Ustad dərsimizdə uşaqlar ilk öncə rəssamın maraqlı yaradıcılıq taleyindən bəhs edən mühazirəni dinləyəcək, postimpressionizm cərəyanı, impasto texnikası və eləcə də Van Qoq yaradıcılığının rəmzi hesab edilən günəbaxanlar silsiləsi haqqında ətraflı məlumatı öyrənəcəklər.
Habelə,ustad dərsinin növbəti mərhələsində “Günəbaxanlar” tablosunun imitasiyasını yaradacaqlar.
AMİM ölməz korifey rəssamlarımızın yaradıcılığını yaşatmaq və mədəni irsimizi yeni nəsilə tanıtmaq məqsədi ilə “Bədii lövhələr” adlı layihəsinin növbəti buraxılışını təqdim edir. Fevral layihəmizin yeni qəhrəmanı təkrarolunmaz dəsti-xətti ilə seçilən, mənzərə janrının inkişafına böyük töhfələr vermiş şair ruhlu rəssam Səttar Bəhlulzadədir.
Tədbir proqramına Şanlı Qələbəmizin ildönümə həsr olunmuş “Mədəniyyətimizin incisi - Qarabağ” sərgisi ilə start veriləcəkdir. Beləliklə, fevral ayının sonunadək davam edəcək vernisajı izləmək fürsəti qazanan uşaqlar sənət ruhu ilə yoğrulmuş Qarabağa məxsus xalça və xalça məmulatları, bədii tikmələr, milli geyimlər, məişət əşyalarını kəşf edəcək, zalların kiçik güşələrində həyat tapan Xurşidbanu Natəvanın əlyazmaları, Usta Qəmbər Qarabaği və Mir Möhsün Nəvvabın rəsmləri, Üzeyir Hacıbəylinin, Bülbülün, Niyazinin şəxşi əşyalari ilə tanış olacaqlar.
Həmçinin, Qarabağın füsunkar təbiətinin təcəssüm olunduğu bənzərsiz lövhələrlə öyrənib, Səttar Bəhlulzadənin “Cıdır düzü” tablosunu tətqiq edərək “step by step” panno və ya puzl üzərində imitasiyasını yaradacaqlar. Balaca sənətsevərləri maarifləndirici və əyləncəli ustad dərsilərimizə dəvət edirik.
Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.
Əlaqə telefonu: (+994 12) 492 07 07
Son Sərgilər
“İslam incəsənəti” Biennalesində Azərbay...
Ətraflı..."Xalqımızn qəhrəmanlıq salnaməsi" adlı t...
Ətraflı...“Qan yaddaşımız” adlı tədbir...
Ətraflı...“Tək inci”. Natəvanın 190 illik yubiley...
Ətraflı...