Bədii lövhələr: Tahir Salahov "Çiçəklənən nar"...

09 Iyul-31 Avqust, 2021

Keçirilmiş

Azərbaycan Milli İncəsənət Muzeyi ilk dəfə məhz ustad dərsində kiçik qonaqlarını Tahir Salahovun muzeyin fondunda saxlanılan “Çiçəklənən nar” tablosu ilə yaxından tanış olmağa və əsərin “step by step” imitasiyasını yaratmağa dəvət edir.

Təsviri sənətimizin ölməz korifeylərinin yaradıcılığını yenidən yaşatmaq və yeni nəslə tanıtmaq məqsədi ilə təqdim etdiyimiz “Bədii lövhələr” layihəmizin növbəti qəhrəmanı Azərbaycan rəssamlıq məktəbinin önəmli sütunlarından biri Tahir Salahovdur. Ustad dərsində balaca ziyarətçilərimiz fərdi üslubu və orijinal dəsti-xətti ilə seçilən Tahir Salahovun yaradıcılığını tədqiq edəcək və rəssamın bənzərsiz lövhələri ilə tanış olacaqlar.

İsti-soyuq rəngləri tanıyacaq, yeni rənglər əldə etməyi öyrənəcək, eləcə də təsviri sənətin müxtəlif janrlarını kəşf edəcək, muzeyin ekspozisiyasında sərgilənən mədəniyyətimizin milli-mədəni sərvətlərini görmək fürsəti əldə edəcəklər.

Bütün azyaşlı sənətsevərləri “Bədii lövhələr” adlı layihədə iştirak etməyə dəvət edir, təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

 

Əlaqə telefonu: (+994 12) 492 07 07

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...