“Milli motivlər” adlı ustad dərsi...

08 Iyul-31 Avqust, 2021

Keçirilmiş

Maddi mədəni irsimizin yetişməkdə olan gənc nəslə tanıdılması və aşılanması, eləcə də dünyagörüşünün formalaşması naminə Azərbaycan Milli İncəsənət Muzeyi “Milli motivlər” adlı ustad dərsi təqdim edir.

Məqsədimiz Muzeyimizdə qorunub saxlanılan dekorativ-tətbiqi sənət və təsviri sənət ilə böyüyən nəsli xalqımızın zəngin mənəvi aləmi ilə tanış etmək, yaşam fəlsəfəsini, həyat tərzi ilə bağlı təsəvvür yaratmaqdır.

Balaca dostlar! Ustad dərsi zamanı milli motivlərə həsr olunmuş mühazirəni dinləyəcək, habelə muzeyimizin kolleksiyasında yer alan xalı, metal, keramik qab və milli geyimləri bəzəyən həndəsi, nəbati və zoomorf ornamentlərin yaranma tarixini və simvolikasını öyrənəcək, ustad dərsi zamanı quaş boyalarla milli motivlərə həyat verəcəksiniz.

Bütün azyaşlı sənətsevərləri “Milli motivlər” adlı layihədə iştirak etməyə dəvət edir. Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

 

Əlaqə telefonu: (+994 12) 492 07 07

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...