"Qaraj" Müasir İncəsənət Muzeyi ilə onlayn mühazirə ...

02 Fevral-02 Fevral, 2021

Keçirilmiş

Pandemiya, ardınca gələn karantin günləri, bəziləri üçün kabuslu günlərin başlanğıcı oldu. Bəziləri üçün isə “daima bir mənzildə” həyat adi haldır, sağlamlıq imkanları məhdud olan şəxslər sanki həmişə karantində yaşamışlar.

Onlar daim məhdudiyyətlər içərisində yaşayırlar, nə qədər paradoksal səslənsə də, yeni vəziyyət “Qaraj” Müasir İncənət Muzeyi və Azərbaycan Milli  İncəsənət Muzeyinin əməkdaşları arasında “Onlayn inkluziya. “Qaraj” muzeyinin təcrübəsi”mövzusu üçün zəmin yaratdı.

Moskvalı həmkarlarımız bütün muzey proqramlarının gözlənilmədən azaldığı şəraitdə sağlamlıq imkanları məhdud olan şəxslərlə iş təcrübələrini bölüşdülər. Bəzi proqramlar onlayn formatda böyük tələbat gördü və bu hal Zoom proqramından istifadə qaydalarını öyrənmək zərurətini yaratdı. Ancaq bu zaman işarə dilinə tərcümə təhrif olunurdu ( belə ki, Zoom proqramında ekranda yalnız bir pəncərə açılır ). Çıxış yolu tapıldı – proqramlara paralel olaraq OBS və ya vMix proqramları vasitəsilə rəqəmsal mütəxəssislər qoşulurdu. Sevindirici haldır ki, ziyarətçilər üçün qurulan bu cür ünsiyyət proqramları istənilən lahiyənin coğrafi miqyasını genişləndirdi. Beləki, mövcud vəziyyət internat və reabilitasiya mərkəzləri ilə onlayn iş şəraiti üçün geniş imkanlar yaratdı. Bütün arzu edənlər üçün ödənişsiz işarə dili təlimi təşkil olundu və paralel olaraq Rusiyada rus işarə dilinin geniş miqyaslı tədqiqat işi aparıldı. Zoom proqramı sayəsində muzeyin sosial şəbəkələrində izləyicilərin sayı qısa zaman kəsiyində iki dəfə artdı.

Belə nümunəvi təlimlərdən biri söz ehtiyatlarının artırılması və təsvir vərdişlərinin inkişafına yönələn “Başqa cür de” onlayn təlimini qeyd etmək olar. Bundan əlavə, video fraqmentlərin birgə baxılmasını və qrupda daha sonraki müzakirəsini təmin edən “Kinoklub” proqramını xüsusi diqqətə layiqdir. İnternatda yaşayanlar üçün ictimai yerlər və muzeylər üzrə ekskursiyalar təşkil edildi.

Görmə məhdudiyyəti olan ziyarətçilər üçün vizual qavrayış tələb etməyən xüsusi onlayn proqramlar tərtib olundu: əsasını maksimum dərəcədə qeyri-vizual incəsənət əsərindən qaynaqlanan Zoom platformasında müzakirə klubununun təşkili və parfümeriya haqqında podkast silsiləsi.

Görüşlərin yekun nəticəsi zamanı aydın oldu ki,  böyük ehtimalla onlayn proqramlar hələ uzun illər muzey həyatında  mövcud olacaq  və hibrid xarakteri daşıyacaqdır.  Bir çox mühazirəçilər və spikerlər onlayn rejim fəaliyyətini üstün tutaraq, qarşılıqlı əlaqə üçün daha əlverişli hesab edirlər. Mühüm amillərdən biri isə  büdcə qənaətidir.

 

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...