Deyirlər ki, toy olacaq!...
13 Fevral-13 Fevral, 2020
Keçirilmiş
Xalqı xalq edən onun milli adət-ənənələridir. Milli adət-ənənələr, mərasimlər xalqımızın milli sərvətidir və xalqın irsinin, milli mənəviyyatının, mədəni simasının təzahürüdür. Xalqımızın milli-estetik dəyərlərin tərənnümçüsü olan toy kimi gözəl adəti var. Toy hər bir xalqın milli-etnik davranış normalarını, vərdişlərini, ailə-məişət etikasını varislik baxımından yaşatmaqla yanaşı, xalqın bədii yaradıcılığının mənbəyi kimi də böyük əhəmiyyətə malikdir.
Azərbaycan Milli İncəsənət Muzeyi hər kəsi xalqımızın nəsildən-nəsilə keçərək bu günə qədər gəlib çatmış milli adət-ənənələrini müzakirə etməyə, eləcə də toy atributikası, geyimləri, zinət əşyaları ilə yaxından tanış olmağa dəvət edir. Qonaqlar bu əski ənənəmiz barədə onları daim maraqlandıran sualları birbaşa etnoqraf-alim Solmaz Məhərrəmovaya yönəldə biləcəklər.
Azərbaycanın müxtəlif bölgələrində toy mərasimlərinin keçirilmə qaydalarından, yerli adət-ənənələrdən söhbət açacağıq.
Tədbir 13 fevral 2020-ci il, saat 18.00-da Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcəkdir.
Giriş sərbəstdir.
Son Sərgilər
“İslam incəsənəti” Biennalesində Azərbay...
Ətraflı..."Xalqımızn qəhrəmanlıq salnaməsi" adlı t...
Ətraflı...“Qan yaddaşımız” adlı tədbir...
Ətraflı...“Tək inci”. Natəvanın 190 illik yubiley...
Ətraflı...