“Sehrli naxışlar” ...
12 Fevral-29 Fevral, 2020
Keçirilmiş
Tarixin bütün mərhələlərində inkişaf edərək Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsini təşkil edən, Azərbaycan xalq-tətbiqi sənətinin əvəzsiz və tükənməz sərvətlərindən biri olan xalça sənəti xalqımızın milli mədəniyyət tarixində özünəməxsus yer tutur. Azərbaycan Milli İncəsənət Muzeyini xalq yaradıcılığının unudulmaqda olan növlərinin gələcək nəsilə tanıtmaq, yenidən yaşatmaq və sevdirmək məqsədi ilə “Sehrli naxışlar” adlı yeni ustad dərsləri silsiləsini təqdim edir.
Uşaqların yaradıcılıq bacarıqlarının inkişafı və tarixi-mədəni dəyərlərimizi təbliğ edən ustad dərslərində kiçik ziyarətçilər Azərbaycan xalçaçılıq mərkəzləri, xalça növləri, tipləri haqqında ətraflı məlumat əldə edəcək, xovsuz xalçaların ən geniş yayılmış növlərindən biri olan palazı öz sehrli əlləri ilə toxuyacaqlar. Bundan başqa ustad dərslərində milli nağıllarımız əsasında hazırlanmış “Kölgə tamaşa”sını izləyəcək, “De Burun sarayı" kimi tanınan muzeyin yeni binasında Qərbi Avropa, Rus və Şərq incəsənətinin müxtəlif dövr, çeşid və üslublarını özündə ehtiva etdirən misilsiz bədii incilərlə tanış olacaq, dünya incəsənəti haqqında dolğun və ətraflı təsəvvür əldə edəcəklər.
Ustad dərslərində uşaqlar, həmçinin təsviri sənətin müxtəlif janrlarını kəşf edəcək, muzeyin ekspozisiyasında sərgilənən mədəniyyətimizin milli-mədəni sərvətləri ilə tanış olacaqlar.
Azərbaycan Milli İncəsənət Muzeyi bütün azyaşlı sənətsevərlərini “Sehrli naxışlar” layihəsində iştirak etməyə dəvət edir. Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.
Əlaqə telefonu: (+994 12) 492 07 07
Son Sərgilər
“İslam incəsənəti” Biennalesində Azərbay...
Ətraflı..."Xalqımızn qəhrəmanlıq salnaməsi" adlı t...
Ətraflı...“Qan yaddaşımız” adlı tədbir...
Ətraflı...“Tək inci”. Natəvanın 190 illik yubiley...
Ətraflı...