Bədii lövhələr: Toğrul Sadıqzadə - "Orta əsr saxsı qabları"...

12 Fevral-29 Fevral, 2020

Keçirilmiş

Azərbaycan Milli İncəsənət Muzeyi rəngkarlığımızın ölməz korifeylərinin yaradıcılığını yenidən yaşatmaq və yeni nəsilə tanıtmaq məqsədi ilə “Bədii lövhələr” adlı layihəsini davam etdirir. Layihəmizin növbəti qəhrəmanı  Əməkdar incəsənət xadimi Toğrul Sadıqzadədir.

Kiçik ziyarətçilərimiz Toğrul Sadıqzadənin muzeyin ekspozisiyasında sərgilənən “Orta əsr saxsı qabları” əsəri ilə tanış olacaq və həmin tablonun  imitasiyasını yaradacaqlar.  Ustad dərslərində uşaqlar, həmçinin təsviri sənətin müxtəlif növ və janrlarını kəşf edəcək və mədəniyyətimizin milli-mədəni sərvətləri ilə tanış olacaqlar.

Azərbaycan Milli İncəsənət Muzeyi bütün azyaşlı sənətsevərlərini “Bədii lövhələr” layihəsində iştirak etməyə dəvət edir. Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

Əlaqə telefonu: (+994 12) 492 07 07

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...