Aleksandr Kibovski Muzeyinin qonağı olmuşdur...
24 Yanvar-24 Yanvar, 2020
Keçirilmiş
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Moskva hökuməti və Rusiyanın TASS İnformasiya Agentliyinin dəstəyi ilə 2020-ci ilin 23-25 yanvar tarixində Bakıda “Bakı-Moskva: Mədəniyyətlərin Dialoqu” adlı konfrans keçirilir.
“Bakı-Moskva: Mədəniyyətlərin Dialoqu” adlı konfrans çərçivəsində ölkəmizdə səfərdə olan Moskva Hökumətinin naziri, Moskva şəhəri Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovski 24 Yanvar tarixində Azərbaycan Milli İncəsənət Muzeyinin qonağı olmuşdur.
Nazir maddi-mədəni irsimizin qoruyub saxlandığı Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edərkən milli təsviri və tətbiqi sənət inciləri, eləcə də ölkəmizin çoxəsrlik geniş mədəni əlaqələrindən xəbər verən Qərb və Şərq incəsənəti nümunələri ilə tanış olmuşdur.
Həmçinin nazir Azərbaycan Milli İncəsənət Muzeyinin zəngin fondlarını ziyarət etmiş, Qrafika və Rəngkarlıq əsərləri onun böyük marağına səbəb olmuşdur.
Qonaq - Aleksandr Kibovski Azərbaycan Milli İncəsənət Muzeyində yaradılan şəraiti yüksək dəyərləndirərək, Muzeyin rəhbərliyə və onun kollektivinə xüsusi minnətdarlığını bildirdi.
Son Sərgilər
Azərbaycan və Özbəkistanın İncəsənət muz...
Ətraflı...Milli İncəsənət Muzeyinin direktoru Çing...
Ətraflı...Azərbaycan Milli İncəsənət Muzeyi və Gür...
Ətraflı...Fərhad Xəlilovun “Qələbənin baharı” mənz...
Ətraflı...