Məhsuldarlıq bayramı...

12 Noyabr-30 Noyabr, 2019

Keçirilmiş

Təbiətin ən cazibədar fəsli kimi tanınan payız öz rəngarəngliyi, özünəməxsus əhval-ruhiyyəsi ilə könül oxşayır. Tarla işlərinin yekunlaşdığı, məhsul yığınının başa çatdığı və insanların qışa tədarük gördüyü bu ərəfədə hər il bir çox ölkələrdə  “məhsuldarlıq bayramı” qeyd edilir. Bu məqsədlə noyabr ayı boyunca Milli İncəsənət Muzeyində “Məhsuldarlıq bayramı” adlı tədbir baş tutacaqdır.

Maarifləndirici və əyləncə xarakterli ustad dərslərində balacalar meyvə və tərəvəzlərin xüsusiyyətlərini öyrənəcək, faydası haqqında ətraflı məlumat əldə edəcək, kölgə tamaşasında “Turp” nağılını izləyəcəklər. Ustad dərslərində seçimdən asılı olaraq əlvan quaş boyalarla açarlıq düzəldəcək, suvenir hazırlayacaq, art- tərəvəz kompozisiyasını yaradacaqlar.

Əziz balalar, hər birinizi “Məhsuldarlıq bayramı”na həsr olunmuş proqramımıza dəvət edirik!

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...