Milli Müstəqilik Günü ...

18 Oktyabr-31 Oktyabr, 2019

Keçirilmiş

Azərbaycan tarixinin ən mühüm günlərindən biri - 18 oktyabr Dövlət Müstəqilliyi Günüdür. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir. Bu gün hər yerdə böyük sevinc və çoşğu ilə qeyd edilir. Ənənəvi olaraq hər il Milli İncəsənət Muzeyində Milli Müstəqillik Gününə həsr olunmuş tədbir proqramları təşkil olunur. Bu il Milli Müstəqilik Günü münasibəti ilə oktyabr ayı boyunca kiçik ziyarətçiləri üçün silsilə proqramlar keçirilir.
Maarifləndirici və əyləncə xarakterli ustad dərslərində uşaqlar Milli Müstəqillik Gününə həsr olunmuş mühazirəni dinləyəcək, Azərbaycan Respublikasının siyasi-inzibati xəritəsini panno və puzzle üzərində yaradacaq, eləcə də quruda, suda və havada daim vətənin keşiyində dayanan Azərbaycan Silahlı Qüvvələrinin simvollarından ibarət kompozisiyanı hazırlayacaqlar.
Tədbirdə əsas məqsəd məktəblilərə ölkənin tarixini, müstəqilliyini, suverenliyini təbliğ etmək, gələcək nəsillərə müstəqil dövlətimizin qədrini bilməyə, vətənimizin keşiyində layiqincə durmağı aşılamaqdır.
Əziz balalar, hər birinizi Milli Müstəqillik gününə həsr olunmuş proqramımıza dəvət edirik!

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...