İncəsənət Muzeyi aprel ayını "Maarifləndirmə ayı" elan edir...

02 Aprel-30 Aprel, 2019

Keçirilmiş

2 aprel uşaq ədəbiyyatının inkişafına əvəzsiz töhfələr vermiş görkəmli danimarkalı yazıçı Hans Xristian Andersenin doğum günüdür. Bu əlamətdar tarix təqvimdə Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur. Bu gün münasibəti ilə Azərbaycan Milli İncəsənət Muzeyi aprel ayını “Maarifləndirmə ayı” elan edir.

Uşaqların bir şəxsiyyət kimi formalaşması və maarifləndirilməsində kitabların rolu əvəzsizdir. Proqram uşaqların kitab mütaliəsinin inkişafına və kitab mədəniyyətinin formalaşmasına həsr olunub. Kiçik qonaqlarımız mövzuya həsr olunmuş mühazirəni dinləyəcək, ustad dərslərində iştirak edəcəklər. Həmçinin uşaqlar təsviri sənətin müxtəlif janrlarını kəşf edəcək, muzeyin ekspozisiyasında sərgilənən mədəniyyətimizin milli-mədəni sərvətləri ilə tanış olacaqlar.

Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

 

Son Sərgilər

“İslam incəsənəti” Biennalesində Azərbay...

Ətraflı...

"Xalqımızn qəhrəmanlıq salnaməsi" adlı t...

Ətraflı...

“Qan yaddaşımız” adlı tədbir...

Ətraflı...

“Tək inci”. Natəvanın 190 illik yubiley...

Ətraflı...