"Novruz Rəngləri" adlı xüsusi əyləncəli proqram ...

05 Mart-31 Mart, 2019

Keçirilmiş

Bahar gəlir bizim azad ellərə,

Mahnı qonur dodaqlara, dillərə.

Parlaq günəş meydan açır güllərə,

Qaranquşun müjdəsidir Novruzum!

Yurdumuza Novruz gəlir, bahar gəlir, yaz gəlir. Qaranquşların qanadında, yavaş-yavaş qış yuxusundan oyanan torpağın rayihəsində, ağacların, gül-çiçəklərin tumurcuğunda gəlir xalqımızın Novruzu, yurdumuzun baharı. Novruz xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır.

Azərbaycan Milli İncəsənət Muzeyi baharın gəlişi münasibətilə mart ayı boyunca kiçik ziyarətçiləri üçün "Novruz Rəngləri" adlı xüsusi əyləncəli proqram təqdim edir. Tədbirdə Respublika İncəsənət Gimnaziyasının tələbələri xüsusi musiqili proqramla çıxış edəcəklər. Proqramda kiçik qonaqlarımız milli adət- ənənələrimizə həsr olunmuş mühazirəni dinləyəcək və ustad dərslərində iştirak edəcəklər.

Tədbirimizdə həftə ərzində qrup şəklində iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçməniz xahiş olunur.

 

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...