"Böyük Şərəf Ordeni"...

07 Iyul-07 Iyul, 2015

Keçirilmiş

7 iyul 2015-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar Incəsənət xadimi, professor Çingiz Fərzəliyev Avstriya Respublikası qarşısındakı xidmətlərinə görə "Böyük Şərəf Ordeni" ilə təltif olunmuşdur. Orden Avstriya Respublikasının Federal Prezidenti adından Avstriyanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Alex Vexim tərəfindən təqdim olunmuşdur. 1952-ci ildə təsis olunan Avstriya Respublikasının dövlət mükafatı - "Böyük Şərəf Ordeni" Avstriya Respublikası qarşısındakı xidmətlərinə görə Milli Şura tərəfindən qəbul edilmiş qanunlar əsasında Avstriya Federal Prezidenti tərəfindən yerli vətəndaşlara və əcnəbilərə təqdim olunur. Professorun xidmətləri arasında, 2012-ci ildə Bakıda ucaldılan heykəltəraş Natiq Əliyevlə həmmüəllifi olduğu dahi bəstəkar Motsartın abidəsini xüsusi vurğulamaq lazımdır. Qeyd edək ki, açılış mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer iştirak etmişlər. Çingiz Fərzəliyev, həmçinin 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən "In Between. Müasir Avstriya Incəsənəti" sərgisinin və digər bir çox layihələrin təşəbbüskarıdır.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...