"Nizami dünyası Azərbaycan rəssamlarının yaradıcılığında"...

30 Oktyabr-30 Oktyabr, 2018

Keçirilmiş

30 oktyabr 2018-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin “İncəsənət haqqında söhbətlər” layihəsi çərçivəsində "Nizami dünyası Azərbaycan rəssamlarının yaradıcılığında” mövzusunda mühazirə keçirildi.

Nizami yaradıcılığı bəşər bədii təfəkkürünün unikal təzahürü və Azərbaycan xalqının mənəviyyatının ayrılmaz hissəsidir. Nizami poeziyası ensiklopedik genişliyi, ümumiləşdirilmiş obrazların çoxluğu və dərin fəlsəfisi ilə seçilir. Onun ölməz “Xəmsə”sində bəşəriyyətin ən qabaqcıl və parlaq idealı təcəssüm olunmuşdur: azadlıq, dostluq, sevgi, gözəllik, xeyirxahlıq prinsipi, ədalət və həqiqət ideyası. “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemaları bir çox sənətkarlar üçün tükənməz ilham mənbəyi olunmuşdur.

Azərbaycan Milli İncəsənət Muzeyinin qrafika kolleksiyasını sovet ali məktəblərində təhsil almış Qəzənfər Xalıqov, Əmir Hacıyev, Kazım Kazımzadə, Mikayıl Abdullayev, Əliağa Məmmədov, İsmayıl Axundov kimi Azərbaycan rəssamlarının Nizami yaradıcılığına, dahi şairə və onun əsərlərinə həsr etdikləri tablolar bəzəyir.

Məruzəçi: Fond şöbəsinin Qrafika bölməsinin müdiri, Əməkdar Mədəniyyət işçisi Sevda Həbibovadır.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...