"Naxışını seç" adlı moda gecəsi keçirilir...

16 Dekabr-16 Dekabr, 2016

Keçirilmiş

Azərbaycan Milli İncəsənət Muzeyi və Naxış atelyenin birgə təşəbbüsü ilə “Naxışını seç” adlı moda gecəsi keçirilir.

Geyimlərində daha çox orjinallığa önəm verən “Naxış” atelyesi incə, özünəməxsus naxışlı, diqqətçəkən üslubda hazırlanan libasları ilə seçilir. Atelyenin kolleksiyasına daxil olan geyimlərin hər bir cəlbedici elementi əllə işlənir. Öz naxışı ilə fərqlənən libaslar klassik rənglər və xanımların özəlliyini vurğulayan çalarlarla zəngindir.

Dəb özü də dekorativ incəsənətin bir növüdür. Muzeydə moda nümayişinin təşkil olunması dünya praktikasında artıq sınanmış bir layihədir. Dünyanın ən məşhur markaları “Chanel”in Luvr muzeyi ilə əməkdaşlığı , Aleksandr McQueen kolleksiyasının Viktoriya və Albert muzeyində nümayişi , Venesiya Biennalisində bir neçə il ardıcıl “Prada” markasının pavilyonunun olması və s. buna bariz nümunədir.

Azərbaycan Milli İncəsənət Muzeyində ikinci moda nümayişi keçirilir. Bu cür tədbirlərin keçirilməsində məqsəd gənc dizaynerlərə öz istedadlarını nümayiş etdirmək üçün şərait yaratmaq və bu sahəyə böyük marağı olan auditoriyanı parlaq və yüksək keyfiyyətli dəb kolleksiyası ilə tanış etməkdir.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...