Milli İncəsənət Muzeyində ilk konseptual sərgi keçirildi...

14 Oktyabr-15 Oktyabr, 2017

Keçirilmiş

Oktyabrın 14-15 tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan dəbi və incəsənətinə həsr olunmuş ilk konseptual sərgi keçirildi. Sərgidə XX əsr görkəmli Azərbaycan rəssamlarının 7 əsəri zərgərlik məmulatlarında interpretasiya olunaraq 3D formatında təqdim edildi. 247RAARE komandası tərəfindən müxtəlif üslub və dəst-xəttli rəssamların əsərləri seçilmiş, daha sonra bu tabloların eskizləri hazırlanaraq 3D formatında  xüsusi printlə çap edilib. Ekspozisiyada  Tahir Salahov, Faiq Əhməd, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov kimi digər tanınmış sənətkarların əsərləri təqdim olunub. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Milli İncəsənət Muzeyinin dəstəyi ilə baş tutdu. Layihənin konsepsiyası 247RAAREşirkəti tərəfindən hazırlanmışdır. Kreativ dizayner Səyyarə Rüstəmova tərəfindən bədii şəkildə icra olun zərgərlik məmulatlarının hazırlanması Ego Cres layihəsinə məxsusdur.Tədbirin başlıca məqsədi XX əsr azərbaycanlı rəssamların əsərlərini  innovativ texnologiyalara 3D formatda nümayiş etdirməkdir.

Son Sərgilər

Azərbaycan və Özbəkistanın İncəsənət muz...

Ətraflı...

Milli İncəsənət Muzeyinin direktoru Çing...

Ətraflı...

Azərbaycan Milli İncəsənət Muzeyi və Gür...

Ətraflı...

Fərhad Xəlilovun “Qələbənin baharı” mənz...

Ətraflı...