“Maarifləndirmə ayı” çərçivəsində silsilə yekun tədbiri...

29 Aprel-29 Aprel, 2017

Keçirilmiş

“Maarifləndirmə ayı” çərçivəsində silsilə yekun tədbirimizdə bu gün Azərbaycan Milli İnəcəsənət Muzeyində XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində təhsil alan məktəblilər üçün nəzərdə tutulan maraqlı sonuncu proqram keçirildi. Proqramda Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdləri öz maraqlı ifaları ilə çıxış etdilər.

Muzeyimizi ziyarət edən XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində təhsil alan məktəblilərə “Qaranquş” uşaq jurnalının baş redaktoru Aysel Zahidqızı TEAS PRESS Nəşriyyat Evi tərəfindən nəşr olunan 3 Alma Uşaq Ədəbiyyatından maraqlı hekayə oxumuş, sonra isə uşaqlar öz düşüncələrinə uyğun tərzdə hekayəyə illustrasiyalar çəkdilər. Bu şəkillərin “Qaranquş” uşaq jurnalının növbəti nömrələrində dərc olunacağı barədə jurnalın redaktoru Aysel Zahidqızı tərəfindən qeyd olundu.

Həmçinin, 3 Alma Uşaq Ədəbiyyatından kitablar və “Qaranquş” jurnalı hədiyyə edildi.

“Maarifləndirmə ayı” ilə əlaqədar olaraq məktəblilərə Azərbaycan Əməkdar incəsənət xadimi, Ali dərəcəli bərpaçı-rəssam, muzeyin Elmi-bərpa şöbəsinin müdiri Natiq Səfərov tərəfindən kitab “xəstəliyi”, onların bərpası və konservasiyası mərhələləri barədə məlumat verildi. Sonda məktəb şagirdlərinin sənətsevərlərinə maraqlı interaktiv ekskursiya keçirildi.

TEAS PRESS Nəşriyyat Evinə və Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasına “Maarifləndirmə ayı” çərçivəsində silsilə tədbir proqramlarımızda rəngarəng və maraqlı iştiraklarına görə dərin minnətdarlığımızı bildiririk!

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...