Xalq rəssamı Davud Kazımovuın 90 illik sərgisi...

23 May-26 May, 2017

Keçirilmiş

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Milli İmcəsənət Muzeyində Azərbaycanın Xalq rəssamı Davud Kazımovun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley sərgisi keçiriləcək. Xalq rəssamı Davud Kazımov 1926-cı ildə Bakıda dünyaya göz açıb. Sənətin sirlərini ilk olaraq Pionerlər evindəki rəssamlıq dərnəyində alan sənətkar, 1941-1945-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsilini davam etdirmişdir. Onun rəssam kimi yetişməsində müəllimləri K. Xanlarov, B. Mirzəzadə, Ə. Məmmədov, L. Pridatok, A. Qorçakov, S. Bəhlulzadə, M. Rəhmanzadə kimi görkəmli fırça ustalarının əməyi olmuşdur. Geniş yaradıcılıq diapazonuna malik Davud Kazımov təsviri sənətimizdə orijnal dəsti-xətti, fərdi rəng duyumu, lirizmi ilə özünəməxsus iz qoymuşdur. Görkəmli rəssam rəngkarlıq incəsənətinə olduğu kimi, Azərbaycan qrafika sənətinə də bədii töhfələr vermişdir.

Rəssam Azərbaycan təbiətinin gözəlliklərini, xalqımız entoqrafik incəlikəri və adət-ənənələrini, zəhmət insanlarının həyat tərzini rənglərin dilli ifadə etmişdir.

Davud Kazımov gərgin yaradıcılıq fəaliyyəti ilə yanaşı, özünün çoxillik zəngin sənət təcrübəsini gənc rəssamlar nəslinin yetişməsinə sərf edərək milli rəssamlıq məktəbinin inkişafına töhfələr vermişdir. 1947-1966-cı illərdə ilk rəssamlıq təhsilini aldığı Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, daha sonralar isə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoq kimi fəaliyyət göstərmişdir.

Davud Kazımovun bənzərsiz yaradıcılığı nəinki respublikamızda, həm də onun hüdudlarından kənarda yüksək dəyərləndirilmiş və sevilmişdir. Rəssamın əsərləri Almaniya, İtaliya, Çexoslovakiya, Türkiyə və bir çox başqa xarici ölkələrdə böyük müvəffəqiyyətlə nümayiş etdirilmişdir.

Davud Kazımov 2015-ci ildə vəfat etmişdir. Sərgidə rəssamın “Şahdağ”, “Göygöl”, “Şamaxı yolu”, “Çöl gülləri”, “Batabat”, “Abşeron mənzərəsi” kimi tabloları nümayiş olunacaq. Sərgi 23 may 2017-ci il tarixində, saat 18.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 9/11 ünvanında keçiriləcək.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...