Uşaqların Beynəlxalq Müdafiəsi Günü...

01 İyun-01 İyun, 2017

Keçirilmiş

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Həmin gün dünyanın əksər ölkəsində olduğu kimi, Azərbaycanda da əsas qonaqlarının uşaqlar olan müxtəlif əyləncəli və mədəni tədbirlər keçirilir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında, uşaq hüquqlarının təmin edilməsi ilə bağlı irəli sürülən təkliflərin nəticəsində, hər ilin bu gününü gələcək nəslin davamçılarına həsr etmək qərarı alınıb. Məhz bu konfransdan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə AMK tərkibində İncəsənət Gimnaziyasının iştirakı ilə tədbir keçirilib.
Tədbirdə xüsusi qayğıya ehtiyacı olan 5 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdləri ilə yanaşı,189-190 nömrəli tam orta məktəbi və Zəngi liseyinin şagirdləri iştirak ediblər.
Bayram tədbirində Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib, həmçinin gimnaziyasının Xoreoqrafiya şöbəsinin şagirdləri dünya xalqların rəqslərini ifa ediblər. Uşaqların özləri tərəfindən hazırlanmış bir-birindən maraqlı geyim modellərinin podiumda nümayişi tədbirə xüsusi ovqat qatıb.
Daha sonra uşaqlar yaradıcı əlləri ilə milli ornament sənətimizdə ən geniş vüsət almış buta elementi üzərində rəng duyumlarını, sehrli dünyalarını təsvir etmiş etmişlər.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Qəmər Məlikova və AMK tərkibində İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova bayram münasibəti ilə uşaqları təbrik edərək, dünyanın ən önəmli sakinlərinə sağlamlıq, sülh, xoşbəxtlik və sevinc arzu etmişlər. Bildiriblər ki, bu tarix bizə hər bir uşağın sağlamlığı və həyatı üçün böyük məsuliyyət daşıdığımızı xatırladır. Onların inkişafı, həmçinin öz istedad və bacarıqlarının reallaşdırlması üçün əlverişli şəraitin yaradılması ən ümdə vəzifəmizdir. Əslində biz onları qorumaq və qayğı göstərməklə doğma vətənimizi - Azərbaycanı qorumuş olur, ölkəmizin firavan gələcəyini qururuq.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...