Milli Müstəqillik günü...

18 Oktyabr-18 Oktyabr, 2017

Keçirilmiş

18 oktyabr Milli Müstəqillik günü- Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir. Bu gün hər yerdə böyük sevinc və çoşğu ilə qeyd edilir.
Ənənəvi olaraq, hər il Milli İncəsənət Muzeyində təntənəli şəkildə Milli Müstəqillik gününə həsr olunmuş tədbir proqramları təşkil olunur. Ötən illərdən fərqli olaraq bu il Milli Müstəqilik günü münasibəti ilə oktyabr ayı boyunca həftənin hər günü uşaqlar üçün silsilə proqramlar keçirilir.
Maarifləndirici və əyləncə xarakterli ustad dərslərində uşaqlar quruda, suda və havada daim vətənin keşiyində dayanan Azərbaycan Silahlı Qüvvələrinin simvolik maketini hazrılayırlar. Maketlərin üzəri dövlət gerbi və müstəqilliyimizin rəmzi olan üçrəngli bayraqla bəzədilir.
Tədbirdə əsas məqsəd məktəblilərə ölkənin tarixini, müstəqilliyini, suverenliyini təbliğ etməkdir. Gələcək nəsillərə müstəqil dövlətimizin qədrini bilməyə, vətənimizin keşiyində layiqincə durmağı aşılamaqdır.
Tədbirin musiqi hissəsində Milli Konservatoriyanın tərkibində yerləşən İncəsənət Gimnaziyasının və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri konsert proqramları ilə çıxış edərək rəng qatırlar.

Son Sərgilər

Azərbaycan və Özbəkistanın İncəsənət muz...

Ətraflı...

Milli İncəsənət Muzeyinin direktoru Çing...

Ətraflı...

Azərbaycan Milli İncəsənət Muzeyi və Gür...

Ətraflı...

Fərhad Xəlilovun “Qələbənin baharı” mənz...

Ətraflı...