Əməkdaşlıq müqaviləsi imzalandı...

02 Noyabr-02 Noyabr, 2017

Keçirilmiş

Cari ilin 2 noyabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyi və Qazaxıstanın Təsviri Sənət Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalandı.

Sənədi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və Qazaxıstanın Təsviri Sənət Muzeyinin direktoru Ainabek Ospanov imzaladı.

Muzeyin direktoru Ç.Fərzəliyev qonaqları salamayaraq ölkələrimizin muzeyləri arasındakı əlaqələrin və səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə etdi. İmzalanan müqavilə bu mədəniyyət müəssisələrinin əməkdaşlığının daha da inkişaf etdirilməsi məqsədini daşıyır. Bu əməkdaşlıq iki ölkə və xalqlarımız arasında dostluq münasibətlərini möhkəmləndirir.

Qazaxıstanın Təsviri Sənət Muzeyinin direktoru Ainabek Ospanov çıxışında bu sazişin önəmli hadisə olduğunu qeyd edərək bundan sonrakı əlaqələrin genişlənməsinə, təcrübə mübadiləsinə öz layiqli töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Müqavilə hər iki muzeyin qarşılıqlı elmi-tədqiqat və bərpa-konservasiya işinin aparılması,muzey işçilərinin təcrübə mübadiləsinin yaradılması, birgə sərgilərin hazırlanmasını bəyan edir. Eyni zamanda bu əməkdaşlıq müqaviləsi Azərbaycanda Qazaxıstan mədəniyyətinin, Qazaxıstanda isə Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edəcək.

İmzalanma mərasimində Azərbaycan Milli İncəsənət Muzeyinin, Qazaxıstanın Təsviri Sənət Muzeyinin və Qazaxıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak edib.

Son Sərgilər

Azərbaycan və Özbəkistanın İncəsənət muz...

Ətraflı...

Milli İncəsənət Muzeyinin direktoru Çing...

Ətraflı...

Azərbaycan Milli İncəsənət Muzeyi və Gür...

Ətraflı...

Fərhad Xəlilovun “Qələbənin baharı” mənz...

Ətraflı...