"Ümumdünya Uşaqlar Günü"...

19 Noyabr-19 Noyabr, 2017

Keçirilmiş

19 noyabr 2017-ci il tarixində “Ümumdünya Uşaqlar Günü” münasibəti ilə Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı və Sintra Su Filtrləri Şirkətinin sponsurluğu ilə Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Natəvan Mikayılqızının müəlifi olduğu “Saf ürəklər” adlı xeyriyyə tədbiri keçirildi.
Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyası, Bülbül adına orta ixtisas məktəbinin və İncəsənət Gimnaziyasının gənc istedadları - beynəlxalq və respublika müsabiqələr laureatlarının ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndi. Daha sonra uşaqlar arasında viktorina keçirildi, qaliblərə müxtəlif hədiyyələr təqdim edildi. Sintra şirkətinin sponsurluğu ilə həyata keçirilən tədbirdə Zorakılığa məruz qalan sığınacaq uşaqlar evi və “Damla” ictimai birliyinə su filtrləri təqdim edildi.

 

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...