"Azərbaycanın İpək xəzinəsi" adlı sərgi üzrə "açıq qapı"...

13 Yanvar-14 Yanvar, 2018

Keçirilmiş

13-14 yanvar tarixlərində “Goethe-Zentrum Baku”nun dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycanın İpək xəzinəsi: XVI-XVIII əsr Azərbaycan tikmələri" adlı unikal sərgi üzrə “açıq qapı” günləri keçirilir.

Paytaxt sakinləri və şəhərimizin qonaqlarını Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda qorunan nadir bədii incilərlə yanaşı, Londonun Viktoriya və Albert Muzeyi, Berlinin İslam İncəsənət Muzeyi, Avropa və Azərbaycanda şəxsi kolleksiyalarında saxlanılan misilsiz XVI-XVIII əsrlər Azərbaycanın zəngin bədii xəzinəsini ödənişsiz izləmək imkanı əldə edəcəklər.

Siz, həmçinin sərgi boyunca macar dizayneri Janet Jirmay tərəfindən təkmilləşdirilərək hazırlanmış perforasiya lentli musiqi qutusunu fırlamaqla naxışlar və xalçaların kodlaşdırılmış musiqisi ilə tanış olacaqsınız. Əsrarəngiz nadir bədii tikmə nümunələrini izləyərkən sizin ruhunuz dincələcək, gözlərinizsə misli-bərabəri olmayan gözəllikdən zövq alacaqdır.

Arzu edən hər kəsi tarixi-mədəni irsimizlə yaxından tanış olmağa dəvət edirik. Bu fürsətdən yararlanaraq “İpək xəzinəsi” sərgisinin son iki gününü qaçırmayın!

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...