20 Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunmuş tədbir...

18 Yanvar-19 Yanvar, 2018

Keçirilmiş

Milli İncəsənət Muzeyində xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən Qara yanvar faciəsini yetişməkdə olan gənc nəslə aşılamaq məqsədi ilə 18 yanvar tarixində tarixçi Rizvan Hüseynovla 20 Yanvar hadisələrinin müzakirəsinə həsr olunuş dəyirmi masa-diskussiya baş tutdu. Müzakirədə tarixçi Rizvan Hüseynov Qanlı Yanvar hadisəsinin Azərbaycan xalqı üçün təkcə faciə deyil, həmçinin ləyaqətini qorumaq üçün canını qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifəsi kimi yüksək qiymətləndirdi.

Tarixçi 20 Yanvar faciəsinin müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi adlandırdı. Qonağımız faciəvi hadisələrin gerçək tarixi haqda danışaraq, Azərbaycan tarixinin qanlı yaddaşı ilə bağlı tələbələrin suallarınızı cavablandırdı.

19 Yanvar tarixində Milli İncəsənət Muzeyində uşaqların maariflənməsi məqsədi ilə 6 saylı tam orta məktəbin şagirdlərinə “Qanlı qərənfil” adlı ustad dərsi keçirildi. Həmçinin şagirdlər Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin “Sülhə çağırış” adlı mövzuna çəkilmiş rəsm əsərləri və öz həmyaşıdlarının yazdıqları esselerlə tanış oldular.

Son Sərgilər

“İslam incəsənəti” Biennalesində Azərbay...

Ətraflı...

"Xalqımızn qəhrəmanlıq salnaməsi" adlı t...

Ətraflı...

“Qan yaddaşımız” adlı tədbir...

Ətraflı...

“Tək inci”. Natəvanın 190 illik yubiley...

Ətraflı...